Bakı. Trend:
A-Qroup Sığorta Şirkəti və şirkət tərəfindən sığortalanmış zərif cinsin bütün nümayəndələri üçün baharın gəlişi unikal təkliflə başladı: MediClub klinikasında tam PULSUZ hərtərəfli diaqnostik müayinədən keçmək!
Bu təklifdən yararlanan, öz sağlamlıqlarının qeydinə qalan və MediClub klinikasının peşəkarları tərəfindən konsultasiya, diaqnostika və müayinədən keçən bütün xanımlara A-QROUP öz minnətdarlığını bildirir.
Sağlamlıq ən qiymətsiz hədiyyədir. Sığortalıların sağlamlığının qorunması isə A-Qroup sığorta şirkətinin prioritet sahəsi olub və olmağa davam edir.
Nəzərinizə çatdıraq ki, A-Qroup Sığorta Şirkəti tibbi sığorta bazarında liderdir və 29 ilə yaxındır ki, müştərilərinin qayğısına qalan və onlara beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı xidmət göstərən şirkət kimi fəaliyyət göstərməkdə davam edir.
Sağlamlığınızı - ən vacib aktivinizi - A-Qroup-a etibar edin.
Özünüzə və sağlamlığınıza diqqətli olun! Biz isə DAİMA YANINIZDAYIQ!