...

İslam İnkişaf Bankı Qrupu özünün qızıl yubileyini qeyd edir (VİDEO/FOTO)

İqtisadiyyat Materials 29 Aprel 2024 01:17 (UTC +04:00)
İslam İnkişaf Bankı Qrupu özünün qızıl yubileyini qeyd edir (VİDEO/FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

Ər-Riyadda İslam İnkişaf Bankı Qrupunun (İİB) 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend xəbər verir ki, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz Əl Səudun nitqini Ər-Riyad vilayətinin qubernatoru Feysəl bin Bəndər bin Əbdüləziz Əl Səud oxuyub.

BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətində İİB-nin fəaliyyətinin üzv ölkələrin və bütün dünyada müsəlman icmalarının, xüsusilə də son böhran dövründə inkişafına mühüm töhfə verdiyini və gələcəkdə də mühüm rol oynayacağını bildirib.

"Biz daha çox özəl maliyyənin səfərbər edilməsi də daxil olmaqla, uzunmüddətli maliyyə imkanlarının sürətlə artırılmasına ümid edirik. Birləşmiş Millətlər Təşkilatı bu səylərdə sizin tərəfdaşınız və müttəfiqinizdir və mən sizə növbəti 50 ildə ən xoş arzularımı çatdırıram", - deyə o bildirib.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristallina Georgiyeva qeyd edib ki, İİB peşəkarlıqla və çox dərin öhdəliklərlə öz işini görür:

"Böhran anında təşkilat tez kömək əlini uzatdı. İslam İnkişaf Bankının rolu getdikcə artır".

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Basso bildirib ki, bu illər ərzində AYİB və İslam İnkişaf Bankı bir sıra ölkələrdə və regionlarda uğurla əməkdaşlıq ediblər:

"Biz müəssisələrimiz arasında möhkəm əlaqələri davam etdirməyi və kollektiv təsirimizi maksimum dərəcədə artırmağına ümid edirik".

Tədbirdə fəxri qonağa hədiyyə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti