...

Azərbaycanın sənaye zonalarında avtomobil istehsalı artıb

İqtisadiyyat Materials 4 Sentyabr 2024 17:34 (UTC +04:00)
Azərbaycanın sənaye zonalarında avtomobil istehsalı artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir.

Trend Agentliyə istinadən xəbər verir ki, 2024-cü ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib.

Məlumata görə, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20% artım deməkdir.

Sənaye zonalarında sözügedən dövr ərzində “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti