Bakı. Trend:
Azərbaycan ilə Slovakiya Respublikası arasında ikiqat vergitutmanın və gəlir vergilərinin ödəməkdən yayınmanın qarşısını almaq üzrə saziş 2025-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda Azərbaycan-Slovakiya biznes forumunda çıxış edərkən bildirib.
"Bu saziş ölkələr arasında biznes mühitinin daha da yaxşılaşmasına kömək edəcək", - o deyib.
Anar Axundov vurğulayıb ki, bu gün Azərbaycan ilə Slovakiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə işçi qrupunun ilk iclası keçirilir.
"İqtisadi əməkdaşlığı yeni bir səviyyəyə qaldırmaq üçün müxtəlif sahələrdə səylərimizi artırmaq barədə razılaşdıq, bunun üçün bütün zəruri şərtlərimiz var", - o qeyd edib.