...

AÇG-dən səmt qazının təhvili 500 milyon kubmetr artıb

İqtisadiyyat Materials 13 Fevral 2025 11:41 (UTC +04:00)
AÇG-dən səmt qazının təhvili 500 milyon kubmetr artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Ötən il Azəri-Çıraq-Günəşli (AÇG) yatağından Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından və “Neft Daşları”ndakı qurğu vasitəsilə ümumilikdə 2,5 milyard kubmetr səmt qazı təhvil verilib.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 500 milyon kubmetr və ya 25% çoxdur. Ötən il gündəlik orta hesabla 7 milyon kubmetr səmt qazı təhvil verilib ki, bu da, illik müqayisədə 1,5 milyon kubmetr və ya 27,3% çoxdur.

Belə ki, 2023-cü il ərzində AÇG-dən Səngəçal terminalından və “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti