...

Qazaxıstan Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 24%-ə yaxın artırıb

İqtisadiyyat Materials 24 Mart 2025 07:00 (UTC +04:00)
Qazaxıstan Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 24%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Qazaxıstanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 14,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 23,6% və ya 2,830 milyon ABŞ dolları artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstandan yatırılan investisiyaların payı 0,2% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Qazaxıstan iqtisadiyyatına 9,634 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 36,9% və ya 2,598 milyon ABŞ dolları çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstana həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,5% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 11,970 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 7,036 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti