...

Azərbaycanın iki rayonunda olimpiya idman kompleksi tikiləcək – 15,6 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 10 Aprel 2025 09:33 (UTC +04:00)
Azərbaycanın iki rayonunda olimpiya idman kompleksi tikiləcək – 15,6 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə və Qəbələ şəhərlərində olimpiya idman kompleksləri tikiləcək.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində müvafiq işlərə start verilib.

Belə ki, nazirlik Gəncə Olimpiya İdman Kompleksinin tikintisi işlərini “Modern Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), Qəbələ Olimpiya İdman Kompleksinin tikintisini isə “The Best Constructions” MMC-yə həvalə edib və müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, nazirlik sözügedən işlərin müqabilində “Modern Construction” MMC-yə 8,3 milyon manat, “The Best Constructions” MMC-yə isə 7,3 milyon manat ödəyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti