...

Azərbaycanın yaşıl enerji sektorundakı strategiyası regionun geoiqtisadi landşaftını dəyişə bilər - Əmirbəyov

İqtisadiyyat Materials 12 Aprel 2025 15:10 (UTC +04:00)
Azərbaycanın yaşıl enerji sektorundakı strategiyası regionun geoiqtisadi landşaftını dəyişə bilər - Əmirbəyov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Antalya. Trend:

Azərbaycanın yaşıl enerji sektorundakı strategiyası regionun geoiqtisadi landşaftını dəyişə bilər.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov 4-cü Antalya Diplomatik Forumunda etdiyi çıxışda bildirib.

Əmirbəyov qeyd edib ki, region təkcə mövcud enerji tələbatını bərpa olunan resurslar hesabına ödəməklə kifayətlənməyəcək, həm də öz geoiqtisadi vacibliyini əhəmiyyətli dərəcədə artıracaq.

“Biz "yaşıl" enerjinin istehsalı ilə fəal şəkildə məşğul olaraq regionumuzun dayanıqlılığını və geoiqtisadi əhəmiyyətini daha da yüksəldəcəyik”, – deyə o bildirib.

“Türk Dövlətləri Təşkilatı: əməkdaşlığın unikal modeli” adlı panel müzakirəsində çıxış edən Əmirbəyov daha dayanıqlı enerji mənzərəsinin formalaşdırılması üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb.

Əmirbəyov mövcud enerji infrastrukturunun strateji roluna da toxunub. O, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Cənub Qaz Dəhlizi kimi əsas layihələrin önəmini xüsusi olaraq qeyd edib.

“Bu mühüm infrastruktur obyektləri artıq enerji təhlükəsizliyi və regional birliyin bünövrəsini qoyub”, - deyə o vurğulayıb. Lakin gələcək inkişaf üçün enerji portfelinin şaxələndirilməsinin vacibliyini də bildirib.

“Biz enerji sahəsində yeni üfüqlərin genişləndirilməsi barədə ciddi düşünməliyik. Bu da yeni ‘yaşıl’ enerji dəhlizlərinin inkişafını nəzərdə tutur”, – deyə Amirbəyov qeyd edib.

O, Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında əlaqələrin yaradılması, eləcə də, Xəzər və Qara dənizlər ilə Avropa arasında körpünün salınmasına yönəlmiş bir sıra layihələrdən danışıb. Bundan əlavə, Azərbaycanın Türkiyə və Avropa ilə əməkdaşlığı “yaşıl” enerjinin gələcəyinin formalaşmasında əsas rol oynayır.

Əmirbəyovun sözlərinə görə, bu birgə səylər nəticəsində türk dünyası yaşıl enerjiyə keçid prosesində aparıcı gücə çevrilə bilər və bu, həm regional, həm də qlobal enerji bazarlarına uzunmüddətli təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti