Bakı.Trend:
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət əmlakları ilə bağlı 2 212 yeni icarə müqaviləsi bağlayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1% çoxdur.
Bəs bu müqavilələrin neçəsi hüquqi, neçəsi fiziki şəxslərlə bağlanılıb?
Trend-in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bağlanan müqavilələrin 1895-i fiziki şəxslərlə, 317-si isə hüquqi şəxslərlə bağlanılıb.
Qeyd edək ki, yanvar-iyun aylarında qeyri-yaşayış sahələrinə dair 312, torpaq sahələrinə dair isə 1 900 müqavilə bağlanılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 1,3% və 25,2% çoxdur.