...

Azərbaycanda 11 illik lizinq şirkətinin nizamnamə kapitalı minlərlə manat kiçildi

İqtisadiyyat Materials 12 Noyabr 2025 10:10 (UTC +04:00)
Azərbaycanda 11 illik lizinq şirkətinin nizamnamə kapitalı minlərlə manat kiçildi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Ekolizinq" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.

Trend xəbər verir ki, bu barədə MMC özü elan edib.

Belə ki, şirkət nizamnamə kapitalının 10 min manat məbləğdən 1 min manat məbləğə azaldığını bildirib.

“Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 31 ünvanına bildirə bilərlər”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, "Ekolizinq" MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. MMC –nin qanuni təmsilçisi Bədirxanov Pərvin Etibar oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti