...

İranın Ərdəbil əyaləti Azərbaycanla ticarət münasibətlərini inkişaf etdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral/ " , müxbir S.Ağayeva/ İranın Ərdəbil əyaləti Azərbaycanla ticari-iqtisadi münasibətlərini inkişaf etdirmək niyyətindədir.

"Biz sənaye məhsulları, ümumi istehlak malları hesabına Azərbaycan və Ərdəbil arasında mal dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırmaq niyyətindəyik" - cümə axşamı Bakıda Ərdəbil məhsullarının ikinci sərgisinin açılışında əyalət qubernatorunun sərgilərin təşkili üzrə müavini Q.Qəbiri bildirib.

Sərgidə geniş istehlak malları istehsalçıları ilə yanaşı, metallurgiya müəssisələri üçün avadanlıq, qaz sayğacları, qida məhsulları, parça və s. istehsal edən 30-a yaxın şirkət təqdim olunub.

Xəbər lenti

Xəbər lenti