...

İl ərzində Bakıda daşınmaz əmlak bazarının aktivliyi dörddə bir dəfə azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2008 11:55 (UTC +04:00)
İl ərzində Bakıda daşınmaz əmlak bazarının aktivliyi dörddə bir dəfə azalıb

Azərbaycan, Bakı, 12 iyul/ Trend , müxbir Ü.İsmayılova/İyunda Bakı daşınmaz əmlak bazarının aktivliyi 0,16 faiz təşkil edib ki, (ay ərzində təqdim olunan 100 obyektdən cəmi 16-sı satılıb) bu da ilin əvvəlinə nisbətən 1,4 faiz və 2007-ci ilin analoji dövrünə nisbətən 25,1 faiz azdır, - şənbə günü "MBA Group" Konsaltinq Şirkətindən bildiriblər.

İyunda daşınmaz əmlakın qiymətləri 0,9 faiz, əmlakın kapitallaşdırılması müdddəti 1,8 faiz artıb. Əmlakdan gələn gəlir, çəkilən xərclər hesabına, 1,7 faiz azalıb.

İyunda portfelin strukturu aşağıdakı kimi olub:

Mənzillər - 55 faiz, torpaq sahələri 2 faiz, icarə - 13 faiz, kommersiya obyektlərinin satışı -7 faiz.

Yanvar-iyunda ilkin bazarda qiymətlər 10,1 faiz artıb. Təkrar bazarda artım 19,6 faiz olub. İlkin bazarda yaşayış sahəsinin bir kvadratmetrinin orta qiyməti 0,3 faiz artıb, təkrar bazarda isə, 0,4 azalıb.

Mənzillərin otaqlar  üzrə qiymətləri, $/kv.m

Mənzillər

Iyun

% artım

1 otaqlı

1901

0,1

2 otaqlı

1850

0,3

3 otaqlı

1798

-1,4

4 otaqlı

1790

-0,3

5 otaqlı

1614

0,1

Şəhər üzrə orta qiymət:

1827

-0,4

Əmlakın icarə qiymətləri iyunda 69,3%-dən 57,7%-dək azalıb.

Şəhərin I və II zonalarında yaşayış sahələri kirayə qiymətləri cədvəli, manat/ay

Mənzilllər

Aylıq kirayə qiyməti

Ay ərzində qiymət dəyişməsi

1 otaqlı

374

1,5

2 otaqlı

431

0,5

3 otaqlı

546

0,3

çoxotaqlı

1012

-1,3

Şəhər üzrə orta qiymət:

785

0,4

Yanvar-iyunda şəhərin əksər zonalarında kommersiya obyektlərinin gəlir əmsalı  azalıb. Onların qiyməti 1,8 faiz artaraq, hər kvadratmetr üçün $3431 olub.

Kommersiya sahələri bazarında əmlakın еkspоzisiya müddəti ilin əvvəlindən 2,3% azalaraq, ümumi bazar üzrə 145,8 gün təşkil еdib.

Fərdi həyət еvləri üzrə оrta qiymət iyun ayının sonuna 3,0% azalaraq, 1204 ABŞ dоlları/kv.m və ya 216118 ABŞ dolları/ev təşкil еdib. Satışa təкlif оlunan fərdi еvlərin həyətyanı tоrpaq sahələri 4,4% azalaraq 4,3 sоt, yaşayış sahəsi 179,5 kv.m və оtaqlarının оrta sayı 4,1 ədəd təşкil еdib.

Bakı şəhəri torpaq bazarında qiymətlər 0,2 faiz artaraq, sotu $5062 olub.

İyunda torpaq sahələrinin alış-satışı üzrə əməliyyatlar 2,8 faiz azalıb, risk səviyyəsi 4,7 faiz artıb.

Xəbər lenti

Xəbər lenti