Azərbaycan, Bakı, 20 noyabr/ Trend / Cümə axşamı gecə, Bakıda, "Akkord" iri tikinti şirkətinin beşmərtəbəli mərkəzi ofisinin zirzəmisində yanğın olub, - şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
"Yanğın inzibati binanın zirzəmisində elektrik şəbəkəsində qısa qapanma nəticəsində baş verib", - məlumatda deyilir.
Binanın zirzəmisinin 110 kvadratmetri yanıb.
Şirkət əməkdaşlarından heç kəs zərər çəkməyib. İş günü başa çatdığından, həmin vaxt işçilərdən heç kəs binada olmayıb. Hadisə yerinə 5 yanğınsöndürən maşın gəlib. Onlar alovun binanın yuxarı hissəsinə keçməsinə imkan vermədən, yarım saat ərzində yanğını söndürə biliblər.
Dövlət Yanğınanəzarət Xidmətinin əməkdaşları ofisin binasındadırlar və bütün elektrik naqillərini yoxlayırlar. Yanğın nəticəsində şirkətə dəyən zərərin məbləği dəqiqləşdirilir.
Müəlliflə əlaqə ünvanı: [email protected]