Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir Ü.İsmayılova/ Unileasing şirkətinin regional portfeli cari ildə 150 faiz artıb. Bu barədə bazar ertəsi şirkətin regional inkişaf üzrə meneceri Emin Kərimov bildirib.
"Unileasing-in ölkənin şimal - qərb (Gəncə), şimal (Şəki), şimal - şərq (Quba), cənub - şərq (Lənkəran) və mərkəzi (Saatlı) bölgələrini əhatə edən beş region nümayəndəliyi fəaliyyət göstərir", - deyə Kərimov bildirib.
Onun sözlərinə görə, dekabrın əvvəlinə şirkətin regionlar üzrə portfeli 7,5 mln. dollar təşkil edib. Lakin şirkət bununla kifayətlənməyərək, gələn ildən ölkə regionlarında iştirakını daha da genişləndirmək, göstərilən xidmətlərin çeşidini əhəmiyyətli dərəcədə artırmaq və yerli sahibkar layihələrinin maliyyələşdirilməsi prosedurunu sadələşdirmək niyyətindədir.
Unileasing öz bölgə fəaliyyətini regionların sosial - iqtisadi inkişaf Proqramı və şirkətin bütün ölkə ərazisində peşəkar lizinq xidmətinin tam spektrının təqdim edilməsi üzrə əsas strategiyasına müvafiq həyata keçirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]