...

2009 - cu ildə Azərbaycan və Ukrayna 1,5 milyard dollarlıq xarici ticarət dövriyyəsi həddini keçə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2008 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Cari ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 50 faiz artaraq, 1 mlrd. dollara çatıb, - Ukraynanın Bakıdakı səfirliyinin cümə axşamı yayılan məlumatında bildirilir.

"Ukrayna və Azərbaycanın sahibkarları ticarət - iqtisadi münasibətlərdə fəal əməkdaşlıq edirlər və onların fəaliyyəti sayəsində, ölkələr arasında xarici ticarət dövriyyəsi bu səviyyəyə çatıb", - press - relizdə deyilir.

Ukrayna, ölkə əhalisi və sənaye kompleksinin ehtiyacları üçün müxtəlif məhsulların ixracatçısı qismində Azərbaycan üçün mühüm  əhəmiyyət daşıyır. Ölkələr arasında intensiv ticarət münasibətləri üçün vacib olan ümumi sərhədlər olmasa da, Ukrayna bir neçə il ərzində  Azərbaycana aparıcı məhsul ixracatçılarının beşliyinə daxil olur.

"Ukrayna səfirliyinin ticarət - iqtisadi missiyasının qarşıdakı il üçün məqsədləri Ukraynaya neft - kimya sənayesi məhsullarının, neft məhsulları və xam neftin ixracının bərpasıdır, - press - relizdə qeyd olunur. Göstərilən səylər səmərə verərsə, artıq gələn il iki ölkənin xarici ticarət dövriyyəsi 1,5 mlrd. dollarlıq həddi keçə bilər".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti