...

Qlobal böhran xarici sərmayədarların Azərbaycanın fond bazarına marağını azaltmayıb – QKDK-nın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2009 14:18 (UTC +04:00)
Qlobal böhran xarici sərmayədarların Azərbaycanın fond bazarına marağını azaltmayıb – QKDK-nın rəhbəri

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir İ.Xəlilova, N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin fond bazarında vəziyyəti dəyərləndirir. Bu barədə çərşənbə günü QKDK-nın sədri Rüfət Aslanlı bildirib. 

"Qiymətləndirmə qanunvericilik və qiymətli kağızlar bazarı infrastrukturu aspektində aparılır, həmçinin nizamlayıcı çərçivələri əhatə edir. Bunun üçün adıçəkilən sahə üzrə həm yerli, həm də əcnəbi mütəxəssislər cəlb edilib", - deyə Aslanlı bildirib.

Onun sözlərinə görə, bu gün nizamlayıcı orqanlar fond bazarında fəaliyyət göstərən çərçivələri qlobal səviyyədə yenidən qiymətləndirirlər, buna görə də bu sahədə baş verən yeniliklər təkcə Azərbaycanla bağlı deyil. Onlar inkişaf etmiş və sabit bazarlarda da labüddür.

"Bizim planlarımız qiymətləndirmənin qısa müddətdə başa çatdırılması və onların fəaliyyət planına çevrilməsindən ibarədir", - deyə Aslanlı bildrib.

QKDK-nın rəhbəri hesab edir ki, Azərbaycanın fond bazarı strukturu xarici sərmayədarlar üçün təhlükəsiz qalacaq. Hazırda bazarın tərkib hissəsi dövlətin qiymətli kağızlarının payına düşür.

"Azərbaycanda makroiqtisadi vəziyyət təkcə yerli ekspertlər tərəfindən deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən kifayət qədər sabit və stabil qiymətləndirilir. Buna görə xarici sərmayədarların dövlətin qiymətli kağızlar bazarına marağı hətta onların sərmayə yatırımlarının azalmasına gətirib çıxara biləcək qlobal likvidlik probleminə baxmayaraq azalmayacaq" - deyə o qeyd edib.


Bununla belə o hesab edir ki, ilin əvvəlindən bazarda aparılan əməliyyatlar həm dövlət qısa müddətli istiqrazlarının, həm də əcnəbi sərmayədarların iştirak etdiyi digər alətlərin yerləşdirilməsi üzrə fond bazarı həcmlərinin azalmadığını təsdiq edir.  

Bu günlərdə  Dövlət Komitəsində qiymətli kağızlar bazarının inkişaf modelinin yaradılması üzrə yardım göstərən  ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ekspertləri ilə görüş keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti