...

Azərbaycan bankı BMK ilə ipoteka kreditinin maliyyələşdirilməsi üzrə danışıqları davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2009 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir N.İsmayılova /

"Azərbaycan bankı Mugan Bank Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə ipoteka kreditinin maliyyələşdirilməsi üzrə danışıqları davam etdirir", - çərşənbə axşamı Mugan Bank-ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov deyib.

"Hazırda bütün bu planlar BMK ilə müzakirə mərhələsindədir, ancaq onlar hələ konkretləşdirilməyib, - Ələkbərov bildirib. - Bank bu istiqaməti il ərzində davam etdirəcək".

İlkin qiymətləndirmələrə görə, BMK-dan ipoteka maliyyələşdirməsinə 5 milyon dollar cəlb edilməsi planlaşdırılır.

"Güman edilir ki, kreditlər 5-7 il müddətinə illik 12 faizlə veriləcək. Ancaq maliyyə böhranı şəraitində onlara yenidən baxılması da nəzərdə tutulub", - o qeyd edib.

İlin əvvəlinə bankın maya kapitalı 14,9 milyon manat təşkil edib. Bankın kredit portfeli 66 milyon manata çatıb. 2008-ci ilin nəticələrinə görə, bankın gəlirləri 14,3 milyon manat təşkil edib. Xalis gəlir isə 1,2 milyon manat olub.

Aprelin 21-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti