...

Azərbaycanın TBC Kredit təşkilatı girovsuz kredit verilməsinə yenidən başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2009 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun / Trend /

TBC qeyri-bank kredit təşkilatı 1 iyundan etibarən özünün məşhur "Təcili Pul" kreditinin verilməsinə yenidən başlayıb. Bu məhsul keçən ilin əvvəlində bazara təqdim edilmiş və istehlakçılar tərəfindən geniş istifadə olunmuşdur. Bu barədə təşkilatın yayılmış məlumatında deyilir.

"Təcili Pul" - girovsuz kreditdir və borcalana onu istənilən məqsədlər üçün istifadə etməyə imkan verir.

Kreditin maksimal məbləği 3000 manat, müddəti isə 12 aydır. Kreditin məbləği müştərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən olunur, həmçinin ailənin ümumi gəliri də nəzərə alına bilər. Kreditin alınması üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və gəlir haqqında arayış təqdim etmək lazımdır.       

Əlavə məlumat üçün TBC Kreditin müştərilərə xidmət mərkəzlərinə aşağıdakı nömrələrlə müraciət etmək olar: 598-22-12, 598-07-91/92/93. Bütün məlumatları həmçinin www.tbckredit.az saytında da tapmaq və onlayn müraciət forması göndərmək olar.  

Xəbər lenti

Xəbər lenti