...

Vağzalın partladılması təhlükəsi səbəbindən "Azərbaycan Dəmiryolları" qatarların hərəkət marşrutlarını dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2009 11:59 (UTC +04:00)
Vağzalın partladılması təhlükəsi səbəbindən "Azərbaycan Dəmiryolları" qatarların hərəkət marşrutlarını dəyişib

Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir K.Zərbalıyeva, müxbir S.Əliyev /

Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azərbaycan Dəmiryolları" QSC sərnişinlərin boşaldılmasını digər stansiyalarda həyata keçirib. Tbilisi-Bakı sərnişinləri Biləcəri stansiyasında, Rostov-Bakı - Sabunçu stansiyasında, Bakı-Böyük Kəsik - Keşlə stansiyasında boşaldılıb. Bütün bu stansiyalar Bakının şəhər ətrafı qəsəbələrində yerləşir. Bu barədə şənbə günü "Azərbaycan Dəmiryolları" QSC-nin mətbuat xidmətinin başçısı Nadır Əzməmmədov bildirib.

Hazırda vağzalın peronlarında qatar yoxdur. Bakı-Ağstafa qatarı daha öncə yola salınıb.

Trend -un hadisə yerində olan müxbirinin məlumatına əsasən, şənbə günü saat 8-də Polis İdarəsinə Dəmiryolu Vağzalında bomba yerləşdirilməsi barədə anonim zəng daxil olub. Zənd edən şəxsin sözlərinə əsasən, bomba dəmiryolu kassaları yerləşən hissədə qoyulub.

Hazırda bina mühasirəyə alınıb, işçilər evakuasiya olunub. Xüsusi təlim keçmiş itlərin köməyi ilə operativ axtarış tədbirləri həyata keçirilir.

"Azərbaycan Dəmiryolları" QSC-dən bildirildiyi kimi, bomba barədə məlumat hələ ki, təsdiqlənməyib.

Xəbər lenti

Xəbər lenti