...

Azərbaycan regionun əsas iqtisadi mərkəzidir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2009 15:12 (UTC +04:00)

Bakı, Azərbaycan, 24 sentyabr / Trend capital, müxbir N.İsmayılova /

Bakıda təşkil edilən Azərbaycan-Çexiya biznes forumunda nəqliyyat, sənaye, inşaat və maliyyə və turizm sektorlarından 40-a yaxın çexiyalı sahibkar və 100-ə yaxın azərbaycanlı biznesmen iştirak edib.

"Azərbaycan regionuin əsas iqtisadi mərkəzidir, səkkiz ayın yekununa görə, ÜDM 5 faiz, sənaye sektoru - 6,8 faiz, əhalinin adambaşına düşən gəliri - 12,6 faiz artıb. inflyasiya 2,6 faiz təşkil edib", - forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

"Qarşılıqlı səfərlər, Azərbaycan və Çexiya arasında imzalanan müqavilələr ölkələrarası əlaqələrin gələcəkdə də inkişaf etməsi üçün əsas təşkil edir", - nazir deyib.

Onun sözlərinə görə, hazırda investisiyanın qorunması haqqında razılaşmanın bağlanması və qarşılıqlı iqtisadi elmi-texniki əməkdaşlıq üzrə işlər aparılır.

Azərbaycan-Çexiya biznes forumu Çexiya senatının sədri Pşemışl Sobotkanın Bakıya səfəri çərçivəsində təşkil edilib.

"Forum gələcək layihələri müzakirə etmək üçün yaxşı imkandır. İki ölkə arasında olan ticari əlaqələr daha da dərinləşməli və genişlənməlidir", - Sobotka deyib.

İlk Azərbaycan - Çexiya biznes forumu ötən ilin iyul ayında Çexiyanın keçmiş xarici işlər naziri Karla Şvarsenberqin Azərbaycana səfəri zamanı keçirilib.

Azərbaycanın stastistikasına görə, 2009-cu ilin yanvar-iyul aylarında iki ölkə arasında mal dövriyyəsi 11,59 milyon dollar təşkil edib. Əsasən Çexiyadan yol inşaatı üçün lazım olan avadanlıq, metalkonstruksiya, kimyəvi məhsullar alınır. Azərbaycanın qeyri-neft strukturuna isə əsasən kənd təsərrüfatı malları, o cümlədən meşə fındığı ixrac edilir.

O zaman Çexiya biznes nümayəndə heyətinə başçılıq edən keçmiş xarici işlər naziri Karl Şvarsenberqin dediyinə görə, Azərbaycanın enerji resursları Çexiyanın ehtiyacının 1/10 hissəsini ödəyir. Ona nəzərən, forum biznes əlaqələrini inkişaf etdirmək, investisiya layihələrini reallaşdırmaq, birgə müəssisələr yaratmaq və elmi-tədqiqat komandalarının əməkdaşlığını yoluna qoymaq imkanı yaradır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti