...

Azərbaycanın tikinti şirkətləri Tbilisidə "Caucasus build 2010" sərgisində iştirak edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2010 14:50 (UTC +04:00)
Mayın 19-22-də "Ekspo Corciya" sərgi mərkəzində 15-ci beynəlxakq tikinti və interyer sərgisi - "Caucasus build" keçiriləcək.
Azərbaycanın tikinti şirkətləri Tbilisidə "Caucasus build 2010" sərgisində iştirak edəcəklər

Gürcüstan, Tbilisi, 19 may /Trend, müxbir N.Kirsxaliya/

Mayın 19-22-də "Ekspo Corciya" sərgi mərkəzində 15-ci beynəlxakq tikinti və interyer sərgisi  "Caucasus build" keçiriləcək.

"Ekspo Corciya"dan Trend-ə verilən məlumata görə, sərgi stendlərində dünyanın 20 ölkəsindən olan 120-dən çox şirkət təqdim olunacaq - Azərbaycan, BƏƏ, Belarus, Bolqarıstan, Almaniya, Danimarka, Türkiyə, İran, İsrail, İtaliya, Litva, Polşa, Rusiya, Gürcüstan, Ukrayna, Finlandiya, İsveçrə, Çexiya, Çin, Hollandiya.

Şirkətlər sərgiyə gələnlərə tikinti materialları və aksesuarlar, santexnika, vannalar, hovuzlar, qızdırma və kondensasiya sistemləri, işıqlandırma avadanlıqları, jalüzlər, parket və s. təklif edəcəklər. Bu il, həmçinin, meşə emalı texnologiyası və materiallarının geniş spektri təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti