...

Azərbaycanda 450 kq-dan çox ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2010 18:28 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 475 kq olan saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb.

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 475 kq olan saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Bu barədə nazirliyin məlumatında deyilir.

Monitorinqlər Bakının Yasamal, Nərimanov, Səbail və Xətai rayonlarında, həmçinin Şəki və Ağdaş şəhərləri, Gədəbəy, Göygöl və Füzuli rayonlarında keçirilib.

Mağazalarda saxlama müddəti ötmüş məhsullar - qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, yağlar, balıq, konservləşdirilmiş məhsullar, un məhsulları, sərinləşdirici içkilər, alkoqollu içkilər, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti