Аzərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ü.İsmayılova/
Yanvar-may aylarında Azərbaycanda tikinti işlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 22 faiz artıb. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir.
O cümlədən dövlət və özəl şirkətlər tərəfindən həyata keçirilən tikinti işlərinin həcmi ümumi işin müvafiq olaraq 29 və 71 faizini təşkil edib.
Tikinti işlərinin ümumi həcminin 69 faizi ilkin tikinti, yenidənqurma və genişləndirmə, 20 faizi kapital təmir, 5,8 faizi cari təmir, 4,4 faizi isə digər tikinti işlərinin payına düşür.
Yanvar-aprel aylarında Azərbaycanın tikinti sektoruna 55,9 min nəfər cəlb olunub, bu sahədə əməkhaqqının nominal səviyyəsi 2009-cu ilin yanvar-may aylarındakı göstəricidən 10,5 faiz çox olmaqla 496,4 manat, həmçinin dövlət şirkətlərində 345,9 manat, özəl şirkətlərdə isə 655 manat (+27,8 faiz) təşkil edib.
Böyük və orta tikinti şirkətlərində əməkhaqqının nominal səviyyəsi 529,2 manat, dövlət şirkətlərində 344 manat təşkil edib. Bina tikintisi və xüsusi tikinti sahələrində əməkhaqqının miqdarı bir ilə müvafiq olaraq 17,8 və 0,6 faiz artıb.