...

Azərbaycan Dünya sosial təminat forumunda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2010 17:31 (UTC +04:00)
Səlim Müslümov 2010-cu ilin 29 noyabr - 4 dekabr tarixlərində Cənubi Afrikanın Keyptaun şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyası və Cənubi Afrika Respublikasının Sosial İnkişaf Departamentinin birgə təşkilatçılığı ilə keçiriləcək Dünya sosial təminat forumunda iştirak edəcək.
Azərbaycan Dünya sosial təminat forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2010-cu ilin 29 noyabr - 4 dekabr tarixlərində Cənubi Afrikanın Keyptaun şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyası və Cənubi Afrika Respublikasının Sosial İnkişaf Departamentinin birgə təşkilatçılığı ilə keçiriləcək Dünya sosial təminat forumunda iştirak edəcək. Bu barədə DSMF-nin cümə axşamı yayılan məlumatında deyilir.

Dünya sosial təminat forumunda müxtəlif ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçi və alimlərin iştirakı nəzərdə tutulur.

Forumda iqtisadi böhran şəraitində sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə olunmasında yeni yanaşmaların müəyyən olunması, əksər dünya ölkələri üçün ciddi problem olan demoqrafik vəziyyətin və başqa mövzuların müzakirəsi planlaşdırılır.

Azərbaycan forumda "Miqyaslı genişlənən avtomatlaşdırılmış idarəetmə sistemləri" və "Sığorta-pensiya sistemlərində aktuar tədqiqatların təşkili və qərar qəbul etmə üsulları" mövzusunda iki hesabat təqdim edəcək.

2004-cü ildə Azərbaycan Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib.

Xəbər lenti

Xəbər lenti