...

Azərbaycanın iri sığorta şirkətində kadr dəyişiklikləri baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2011 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankının (ABB) təsis etdiyi Beynəlxalq Sığorta Şirkətində kadr dəyişiklikləri baş verib. Bu barədə cümə axşamı şirkətdən məlumat verilib.

"Şirkətin idarə heyətinin sədri Firuz Novruzov öz istəyi ilə vəzifəsini tərk edib", - şirkətdən deyiblər.

Mənbənin sözlərinə görə, idarə heyətinin yeni sədri Sadıq Məmmədov təyin olunub. O, əvvəllər idarə heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

İdarə heyəti sədrinin birinci müavini Nərmin Muradova təyin edilib. Əvvəllər o, idarə heyəti sədrinin müavini vəzifəsini tutub.

Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə yaradılıb. Hazırda 32 könüllü və 5 icbari sığorta növü üzrə xidmətlər göstərir.

Bu gün BSŞ Azərbaycanın sığorta bazarında "Moody's Investors Service" tərəfindən "B2" səviyyəsində, "sabit" reytinq proqnozlu maliyyə sabitliyi reytinqinə (Insurance Financial Strength Rating, IFSR) malik şirkətdir.

Xəbər lenti

Xəbər lenti