...

Sığortaçılar Bakıda keçirilən konfransda ictimaiyyəti sığorta bazarı ilə ətraflı tanış edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Ü.İsmayılova/

Çərşənbə günü Bakıda işə başlayan "Azərbaycanın sığorta bazarı: problemlər və perspektivlər" adlı konfransın əsas məqsədi sığortaçıların məlumatlılığının artırılması, sığorta bazarı, onun məhsul və xidmətləri ilə ətraflı tanışlıqdır. Trend-in məlumatına görə, bu barədə görüşdə Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib.

"Bugünki görüş zamanı sığortaçılar Azərbaycanın sığorta bazarının imkanları haqqında məlumatlandırılacaqlar", - Xəlilov deyib.

Biznes-sektorun nümayəndələrinin də iştirak etdikləri konfransın təşkilatçıları Azərbaycan Sığortaçılar Assosiasiyası və Maliyyə Nazirliyidir.

Konfransda dünyada və Azərbaycanda sığorta sektorunun inkişaf perspektivləri, sığorta qanunvericiliyi, sığorta məhsulları və müqavilələri, həyat sığortasının inkişaf perspektivləri, risklərin idarə olunması sistemində sığortanın rolu müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti