...

Azərbaycanda ərzaq ehtiyatları sistemi infrastrukturu yaradılacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2011 13:09 (UTC +04:00)
Azərbaycanda ərzaq ehtiyatlarının mühafizəsi üzrə təşkilatın yaradılmasına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib.
Azərbaycanda ərzaq ehtiyatları sistemi infrastrukturu yaradılacaq - nazir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda ərzaq ehtiyatlarının mühafizəsi üzrə təşkilatın yaradılmasına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib.

"Bu il kənd təsərrüfatı məhsullarının istehsalında artım gözlənilir, ona görə də gələcəkdə belə strukturlar lazım olacaq", - Abasov bildirib.

Bir müddət əvvəl nazir 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalında ötən illə müqayisədə altı faiz artım olacağını proqnozlaşdırmışdı.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-mayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 5,3 faiz, o cümlədən bitkiçilik 5,7 faiz, heyvandarlıq 5,3 faiz artıb.

Yanvar-mayda istehsal edilən kənd təsərrüfatı məhsullarının ümumi həcmi faktiki qiymətlərlə 940,9 milyon manat təşkil edib.

Məlumata əsasən, ölkədə yaz tarla işləri başa çatmaq üzrədir və iyunun 1-nə 376,3 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Ötən illə müqayisədə əkin sahəsi 6,7 faiz və ya 23,8 min hektar artıb.

77 min hektar sahədə tərəvəz, 64 min hektarda kartof, 41,9 min hektarda çoxillik otlar, eləcə də taxıl, qarğıdalı, pambıq, bostan bitkiləri, günəbaxan, şəkər çuğunduru və s. əkilib. Təsərrüfatlarda 48,7 ton kartof, 65,1 min ton tərəvəz, eləcə də taxıl, meyvə, giləmeyvə, yaşıl çay və s. əkilib.

Xəbər lenti

Xəbər lenti