...

Zaqatala rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 13:55 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu Zaqatala rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Zaqatala rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Zaqatala rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixində təsdiqlədiyi "2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, iyulun 8-də Zaqatala rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Zaqatala rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması;
- müasir tələblərə cavab verən soyuducu anbar kompleksinin yaradılması;
- müasir suvarma sisteminin tətbiqi ilə intensiv qarğıdalı əkilməsi;
- çay plantasiyalarının salınması;
- qarğıdalının qurudulması, təmizlənməsi və saxlanılması məqsədilə müasir anbar kompleksinin yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Əlavə məlumat üçün: SKMF, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti