...

Azərbaycanın qərb regionunun sahibkarlarına 650 min manatdan çox güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2011 19:26 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini avqustun 26-da Daşkəsəndə keçirib.
Azərbaycanın qərb regionunun sahibkarlarına 650 min manatdan çox güzəştli kredit verilib

Azərbaycan, Bakı, 26 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini avqustun 26-da Daşkəsəndə keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak etmişdir. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Daşkəsən rayonundakı "Elba" MMC-nin illik istehsal gücü 1000 ton olan ət kəsimi (ət emalı) sexinin fəaliyyətinə baxış keçirilib.

Tədbirdə Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 3 istiqamət üzrə - arıçılıq təsərrüfatlarının yaradılması, o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması, kiçik həcmli meyvə emalı sexinin yaradılması, intensiv kartofçuluq və ya yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatının təşkili üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1127 investisiya layihəsinin maliyyələşdirilməsinə 94 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 57 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 78,9 milyon manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,8 milyon manat və 1064 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 13,2 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 4500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. Bu ilin ötən dövrü ərzində verilmiş kreditlərin 19,9%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşür. Bu iqtisadi rayonda 224 sahibkarlıq subyektinə 12 mln. manat güzəştli kredit verilib.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 660 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 80-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti