...

Azərbaycanda 400 kq-dan yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2011 18:16 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı 400 kq-dan çox yararsız mallar aşkar olunaraq məhv edilib.
Azərbaycanda 400 kq-dan yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız mallar aşkar olunaraq məhv edilib. Bu barədə cümə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

Bakının Yasamal, Sabunçu, Nizami rayonlarında, eləcə də Bərdə, Ağdam və Samux rayonlarında aparılan yoxlamalar zamanı ümumi çəkisi 400 kq-dan çox olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti