...

"Azərbaycan Hava Yolları" öz hesabına sərnişinləri Aberdinə çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 15:23 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi Bakı-Aberdin aviareysi əvvəl təxirə salındığına görə, həmin reysin sərnişinləri təyinat məntəqəsinə QSC-nin hesabına çatdırılacaq.
"Azərbaycan Hava Yolları" öz hesabına sərnişinləri Aberdinə çatdıracaq

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi Bakı-Aberdin aviareysi əvvəl təxirə salındığına görə, həmin reysin sərnişinləri təyinat məntəqəsinə QSC-nin hesabına çatdırılacaq. Bu barədə cümə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, təxirə salınan reysin sərnişinləri cümə axşamı Bakı-London aviareysi ilə yola salınacaq. Reys Bakı vaxtı ilə saat 19:05-da həyata keçiriləcək.

"Daha sonra sərnişinlər şirkətimizin hesabına Londondan Aberdinə çatdırılacaq", - Səfərli vurğulayıb.

O bildirib ki, hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı aviareyslərin yola salınmasını normal rejimdə həyata keçirir. Xüsusən də səhər saatlarından artıq bir neçə reys, o cümlədən Avropa istiqamətində reyslər yola salınıb.

Fevralın 8-də səhər saat 06:00-07:00 radələrində havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidrometeoroloji müşahidələrə görə, 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.

Hazırda bütün Azərbaycan ərazisində şaxtalı-qarlı hava şəraiti davam edir.

Xəbər lenti

Xəbər lenti