...

Azərbaycanda MasterCard çip kartlarının emissiyası və ekvayrinqi üzrə bankların sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2012 20:06 (UTC +04:00)
Azərbaycanın "MilliKart" prosessinq mərkəzi daha üç bankın beynəlxalq kartlarının buraxılışı xidmətinə başlayıb.
Azərbaycanda MasterCard çip kartlarının emissiyası və ekvayrinqi üzrə bankların sayı artıb

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycanın "MilliKart" prosessinq mərkəzi daha üç bankın beynəlxalq kartlarının buraxılışı xidmətinə başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "MilliKart"ın yaydığı məlumatda deyilir.

Məlumata əsasən, "Azer-Turk Bank", "ASB Bank" və "Expressbank" "MasterCard Int." beynəlxalq ödəmə sistemində MChip (çip) kartlarının emissiyası və ATM ekvayrinqi üzrə sertifikasiya prosesini uğurla başa çatdırıblar.

"Expressbank" ASC 2010-cu ildə "VISA Inc." beynəlxalq ödəmə sitemində VSDC (çip) kartlarının emissiyası və ATM ekvayrinqi üzrə sertifikasiyasını da keçib.

Ötən ilin yekunlarına görə, "MilliKart" kart mərkəzində 12 banka xidmət göstərilib.

2011-ci ilin yekunları üzrə mərkəzdə xidmət göstərilən banklardan VISA kartlarını 8 bank buraxır. Onların sayı 2012-ci ildə 11-ə çatdırılacaq. MasterCard kartlarını buraxan bankların sayı 5 ədəd olub, 2012-ci ildə onların sayı 7-yə çatdırılacaq.

2011-ci ilin yekunları üzrə "MilliKart"ın xidmət göstərdiyi aktiv kartların sayı 191 min təşkil edib.

Xəbər lenti

Xəbər lenti