...

Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortasına nəzarət gücləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 18:57 (UTC +04:00)
Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortasına nəzarət gücləndiriləcək.
Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortasına nəzarət gücləndiriləcək

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov sərnişinlərin hüquq və mənafelərinin qorunması, onların təhlükəsizliyinin etibarlı mühafizəsinin təmin edilməsi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin daha da gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə əmr imzalayıb. Bu barədə Trend cümə axşamı Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Əmrdə vurğulanıb ki, icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması halları aşkar edilərsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəaları ilə nəzərdə tutulmuş qaydada və müddətlərdə inzibati xətalara dair işlərə baxılması təmin edilməli, avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən sərnişinlərin icbari fərdi qəza sığortalanmasına riayət olunmasına nəzarət daha da gücləndirilməlidir.

Əmrdə Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarına bu barədə müvafiq göstərişlər verilib.

Xəbər lenti

Xəbər lenti