...

Azərbaycanda beynəlxalq bank cəmiyyətinin inteqrasiyasının mexanizmləri müzakirə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2012 13:48 (UTC +04:00)
Azərbaycanda beynəlxalq bank cəmiyyətinin gələcək inkişaf və qarşılıqlı inteqrasiya mexanizmləri müzakirə edilir.
Azərbaycanda beynəlxalq bank cəmiyyətinin inteqrasiyasının mexanizmləri müzakirə edilir

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycanda beynəlxalq bank cəmiyyətinin gələcək inkişaf və qarşılıqlı inteqrasiya mexanizmləri müzakirə edilir.

Aprelin 26-28-də Bakıda Moskva Beynəlxalq Valyuta Assosiasiyasının təşkilatçılığı ilə IV Beynəlxalq banklararası forum (BBF) keçirilir.

Forumun sponsorlarından biri olan "Muganbank" ASC-nin Müşahidə Şurasının üzvü Şaiq Ələkbərovun sözlərinə görə, bu forum digər ölkələrdən olan həmkarlarla faydalı tanışlıq və işgüzar münasibətlərin qurulması baxımından vacibdir.

"Forum digər ölkələrin maliyyə strukturları ilə əlaqələrin qurulması, fikir mübadiləsi, yeni maliyyə alətlərinin tətbiqi sahəsinə xarici təcürbənin öyrənilməsi üçün yaxşı meydançadır", - cümə axşamı Trend-ə Ələkbərov deyib.

Forumda Avrozona, yaxın və uzaq xarici ölkələrin bank sistemlərində cari vəziyyətin təhlili aparılacaq, indiki anda banklararası biznesin inkişafının nəticələrinə yekun vurulacaq, gələcəyə dair proqnozlar veriləcək.

Forumda müzakirələrin əsas mözularından biri bankların əməkdaşlıq problemləri və o cümlədən kredit təşkilatların kapitalına qarşı tənzimləyici tələblərin gücləndirilməsi şəraitində banklararası bazarın inkişafı, bank aktivlərinin rentabelliyinin yüksəldilməsi, risklərin idarə edilməsi, korporativ idarəetmə qismində yeni standartların tətbiqi məsələləri olacaq.

Forumda maliyyə bazarının iştirakçıları olan kredit və qeyri-kredit təşkilatlarının təqribən 300 nümayəndəsi iştirak edir.

Xəbər lenti

Xəbər lenti