...

Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən taksilərlə mübarizə gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 18:30 (UTC +04:00)
Nəqliyyat Nazirliyi mayın 1-dən etibarən taksi xidməti göstərən Rusiya istehsallı avtomobillərin sürücülərinə qarşı mübarizə tədbirlərini gücləndirəcək.
Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən taksilərlə mübarizə gücləndirilir

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi mayın 1-dən etibarən taksi xidməti göstərən Rusiya istehsallı avtomobillərin sürücülərinə qarşı mübarizə tədbirlərini gücləndirəcək. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, nazirlik taksi qismində istifadə edilən Rusiya istehsallı avtomobil sürücülərinin aşkarlanması məqsədilə reydlər keçirməyi planlaşdırır. Müəyyənləşdirilən tələblərin pozulması faktları aşkar edildiyi zaman Rusiya istehsallı avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

"Bu gündən etibarən taksi qismində işləyən Rusiya istehsallı avtomobillərin sürücülərinə qarşı daha sərt tədbirlər görüləcək", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, nazirlik, həmçinin xaricdə istehsal edilən ağ rəngli olmayan avtomobillərdə taksi xidməti göstərən sürücülərə qarşı tədbirləri sərtləşdirməyi planlaşdırır.

Nəticədə Bakıda təqribən 5 min ədəd lisenziya alan ağ rəngli taksi (xarici istehsal), habelə "London Taxi" markalı avtomobillər fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti