...

Şahin Mustafayev: Neftin qiymət proqnozunun yüksəldilməsi Azərbaycan ÜDM-inin əlavə 1 faiz artımına gətirib çıxaracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 10:35 (UTC +04:00)
Azərbaycanın 2012-ci il üzrə dövlət büdcəsində neftin qiymət proqnozunun bir barel üçün 80 dollardan 100 dollaradək artırılması ÜDM-in əlavə 1 faiz artımına gətirib çıxaracaq.
Şahin Mustafayev: Neftin qiymət proqnozunun yüksəldilməsi Azərbaycan ÜDM-inin əlavə 1 faiz artımına gətirib çıxaracaq

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir A.Axundov /

Azərbaycanın 2012-ci il üzrə dövlət büdcəsində neftin qiymət proqnozunun bir barel üçün 80 dollardan 100 dollaradək artırılması ÜDM-in əlavə 1 faiz artımına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda hesablamalar aparılır, lakin ilkin rəqəmlərə görə, bu, ÜDM-in əlavə bir faiz artımına gətirib çıxaracaq.

"Dövlət büdcəsində neftin qiymət proqnozunun artırılması ölkəyə əlavə vəsaitlərin axınına səbəb olacaq ki, bu da qeyri-neft, tikinti sektorlarının, sahibkarlığın inkişafına təsir edəcək", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti