...

AXA MBASK Azərbaycanda sığorta agentləri üçün treninqlər keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2012 11:54 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə fəal işini davam etdirir.
AXA MBASK Azərbaycanda sığorta agentləri üçün treninqlər keçirib

zərbaycan, Bakı, 3 avqust /Trend/

AXA MBASK sığorta şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə fəal işini davam etdirir. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin yaydığı məlumatda deyilir.

Belə ki, şirkət "AXA MBASK Akademiyası" layihəsi çərçivəsində bir günlük treninq keçirib. Treninqdə 70-dən çox sığorta agenti iştirak edib.

Treninq zamanı şirkət ekspertləri sığorta məhsullarının irəlilədilməsi sahəsində təcrübə və biliklərini paylaşıb, "Avtomobil sığortası" mövzusunda təlim keçiriblər, habelə agentlərin suallarını cavablandırıblar.

Sığorta xidmətlərinin keyfiyyətinin daim təkmilləşdirilməsini qarşısına məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Bu gün bütün ölkə ərazisində 70-dən çox agentlik fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.

Xəbər lenti

Xəbər lenti