...

"Akkord"dan kreativ gənclər üçün müsabiqə

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2012 17:38 (UTC +04:00)
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Korporativ Sosial Məsuliyyət Azərbaycan (KSM Azərbaycan) "Ak2reativ" adlı müsabiqəyə start veriblər.
"Akkord"dan kreativ gənclər üçün müsabiqə

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və Korporativ Sosial Məsuliyyət Azərbaycan (KSM Azərbaycan) "Ak2reativ" adlı müsabiqəyə start veriblər.

ASC-dən Trend-ə verilən məlumata görə, məqsədi inşaat və memarlıq sahəsində kreativ, bacarıqlı gəncləri üzə çıxartmaq olan müsabiqə bir mərhələdən ibarət olacaq.

Müsabiqəyə işlər əsas 4 istiqamətdə qəbul olunacaq:

1. Maket - Real formada yığılmış hər hansı memar dizayn modeli;
2. 3D - Virtual formada yığılmış hər hansı memar dizayn modeli;
3. Sloqan - "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın loqo və imicinə aid sloqan;
4. Sərbəst konsept - "Akkord" Korporasiyası ilə bağlı hər hansı bir ideya.

Qeyd edək ki, iştirakçılar seçdiyi istiqamətlərdən yalnız biri üzrə öz işlərini [email protected] ünvanına göndərə bilərlər. İşləri göndərmək üçün son tarix 1 noyabrdır.

Müsabiqənin qalibləri aşağıdakı kimi mükafatlandırılacaqlar:

I yer - 500 AZN + "Akkord" Binalarından 15% Endirim;
II yer - 300 AZN + "Akkord" Binalarından 10% Endirim;
III yer - 200 AZN + "Akkord" Binalarından 10% Endirim.

"İdeyanı inşa et" şüarı altında keçirilən müsabiqəyə göndərilən işlər ölkənin memarları və inşaat, dizayn, reklam, PR, marketinq sahələrinin tanınmış mütəxəssisləri tərəfindən qiymətləndiriləcək.

Xatırladaq ki, gənc istedadları üzə çıxararaq onların tanınmasına və inkişafına dəstək verən "Akkord" Korporasiyası hər bir müsabiqə iştirakçısına təcrübə keçmək və iş imkanı qazanmaq şansı verir.

Məlumat üçün bildirək ki, bundan əvvəl də KSM Azərbaycan şirkəti buna bənzər müsabiqələr həyata keçirib və cəmiyyətə kreativ və bacarıqlı gənclər təqdim edib.

Müsabiqənin şərtləri haqqında daha ətraflı məlumatı http://www.csraz.com/ak2reaktiv saytında və müsabiqənin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhivəsi olan http://www.facebook.com/ak2reaktiv ünvanında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti