...

Tehranda İƏT-ə üzv ölkələrin Ali Audit Qurumları Birliyinin toplantısı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 13:36 (UTC +04:00)
ECOSAİ-nin (İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin Ali Audit Qurumları Birliyi) toplantısı Tehranda keçiriləcək.
Tehranda İƏT-ə üzv ölkələrin Ali Audit Qurumları Birliyinin toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir T.Cəfərov/

ECOSAİ-nin (İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin Ali Audit Qurumları Birliyi) toplantısı Tehranda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Məlumata əsasən, toplantı noyabr ayının 5-11-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 10 ölkənin ali audit qrumlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Toplantıda İƏT-ə üzv ölkələrin ali audit orqanlarının strateji və təhsil siyasətləri haqqında müzakirələr aparılacaq və sonda sənəd təsdiqlənəcək.

ECOSAİ-nin sonuncu toplantısı 2010-cu ildə Qazaxıstanın Astana şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti