...

Bolkart-dan Qurban bayramı nağdlaşdırması

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 16:21 (UTC +04:00)
Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar "Bank of Baku" Bolkart istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir.
Bolkart-dan Qurban bayramı nağdlaşdırması

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar "Bank of Baku" Bolkart istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir.

Bankdan Trend-ə verilən məlumata görə, indi hər bir Bolkart sahibi bir çox bayram qabağı ehtiyaclarını bu nağdlaşdırma imkanı ilə qarşılaya bilər.

Beləliklə, 24-28 oktyabr tarixləri arasında pul çıxaran kart sahibləri dekabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 2,5%-dir.

Bolkart - tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. Bolkart-dan "Bank of Baku" ilə tərəfdaş olan 350-dən çox tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar.

Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. Bolkart-ı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də "Bank of Baku"-nun hər-hansı filialına baş çəkməklə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti