...

İranda ECO-ya üzv ölkələrin vergilər nazirlərinin ilk iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2013 11:58 (UTC +04:00)
İranın paytaxtı Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv-ölkələrinin vergilər nazirlərinin ilk iclası keçirilir.
İranda ECO-ya üzv ölkələrin vergilər nazirlərinin ilk iclası keçirilir

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın paytaxtı Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin vergilər nazirlərinin ilk iclası keçirilir. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat verir.

Məlumata əsasən, 14-15 yanvarda keçirilən ikigünlük iclasda üzv dövlətləri maraqlandıran məsələlər, o cümlədən vergilər sahəsində əməkdaşlığın artırılması məsələsi müzakirə olunur.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İrandan nümayəndələr iştirak edirlər.

Azərbaycandan iclasda vergilər nazirinin müavini Sahib Ələkbərov və nazirliyin Beynəlxalq Münasibətlər İdarəsinin rəisi Mətin Kərimli İştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti