...

Azərbaycan Bank Tədris Mərkəzi ACCA-in kompüter əsaslı imtahan mərkəzi kimi lisenziya aldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 19:09 (UTC +04:00)
Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) yanvar ayından etibarən Bakıda ACCA-in rəsmi və lisenziyalı kompüter əsaslı imtahan mərkəzi oldu.
Azərbaycan Bank Tədris Mərkəzi ACCA-in kompüter əsaslı imtahan mərkəzi kimi lisenziya aldı

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) yanvar ayından etibarən Bakıda ACCA-in rəsmi və lisenziyalı kompüter əsaslı imtahan mərkəzi oldu.

Mərkəzdən Trend-ə verilən məlumata görə, lisenziya ACCA tərəfindən keçirilən monitorinqlər nəticəsində verilib. ACCA əmin olub ki, ABTM-in mövcud imkanları ACCA tələbələrinə yüksək səviyyədə rahatlıq və imtahan nəticələrinin obyektivliyinə imkan yaradacaq.

ABTM-in direktoru Cavanşir Abdullayev deyib: "Biz idarəetmə üzrə müxtəlif ixtisasartırma kursları və sertifikasiya proqramları təklif etməklə, Azərbaycanda aparıcı təlim mərkəzlərindən biriyik. Fəaliyyətinin hər bir aspektində özünü mükəmməliyə çatdırmaq məqsədi güdən bir təşkilat kimi, ABTM ACCA-in imtahan administrasiyası üçün yüksək standartlara cavab verməsindən məmnundur. Biz öz müştərilərimizə onların tələbatına uyğun imtahanları təklif etməklə, onlar üçün bir yerdə həm imtahanlara hazırlıq üzrə təlim almaq, həm də biliklərini qiymətləndirmə imkanı yaratmış oluruq. Təhsilin belə inkişafı bizim Mərkəz və regionun maliyyəçiləri üçün uzunmüddətli bir dəyər yaradacaq".

İmtahanlar tələbələr üçün vaxtı və yeri seçməkdə rahatlıq təmin etməklə yanaşı, onlara yalnız iyun və dekabrda keçiriləcək imtahan sessiyalarında iştirak kimi məhdudiyyətləri aradan qaldırır. Bundan başqa, onlar imtahanın sonunda nəticələr haqqında rəyi ani olaraq kompüterin monitorunda görürlər və rəsmi nəticə isə tələbənin ACCA-dəki hesabına 72 saat ərzində ötürülür. Tələbələr kompüter əsaslı imtahanlar vasitəsilə ACCA kvalifikasiyasının ilk 3 imtahanını və Mühasibatlığın Əsasları (Foundations in Accountancy) proqramının ilk 7 imtahanını verə bilərlər.

ACCA-nın Ukrayna, Baltik və Qafqaz ölkələrindəki rəhbəri Nataliya Vovçuk söyləyib: "Tələbələrin öyrənmə və təcrübələrinin qiymətləndirilməsinin rəqəmsallaşdırılmasınа yönələrkən, yeni CBE mərkəzinin açılması region üçün çox mühüm bir töhfədir. Bu, Azərbaycandakı ACCA tələbələrinə yüksək səviyyəli çevik hərəkət etmək imkanını yaradır. Ən əsası isə odur ki, tələbə ACCA-in erkən mərhələlərində vaxta nəzərəçarpacaq dərəcədə qənaət etməyə imkan verir ki, bu da gənc və iddialı peşəkarlar tərəfindən yüksək qiymətləndirilən bir üstünlükdür. ACCA-in məqsədi bütün dünyada mühasibatlıq, maliyyə və idarəetmə sahəsində uğurlu bir karyera qurmağa can atan çalışqan, bacarıqlı və iddialı insanlar üçün yüksək xidmət təklif etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti