...

“Bank of Baku” "Bolkart" istifadəçiləri üçün yeni kampaniyaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2013 14:09 (UTC +04:00)
8 Mart Qadınlar Günü münasibətilə “Bank of Baku” "Bolkart" istifadəçiləri üçün “İdeal” şirkəti ilə birgə yeni kampaniyaya start verir.
“Bank of Baku” "Bolkart" istifadəçiləri üçün yeni kampaniyaya başlayır

Azərbaycan, Bakı, 1 mart / Trend /

8 Mart Qadınlar günü münasibətilə "Bank of Baku" Bolkart istifadəçiləri üçün "İdeal" şirkəti ilə birgə yeni kampaniyaya start verir. 1 - 10 mart tarixləri arasında "Bolkart"lılar "İdeal" mağazalar şəbəkəsində 35 %-dək endirim edəcək. Bu barədə cümə günü bankın yaydığı məlumatda bildirilir.

1-15 mart tarixlərində 100 manat və daha çox məbləğdə alış-veriş etmiş Bolkart sahibləri kartlarındakı vəsaiti nağdlaşdıra bilər. Nağdlaşdırmanın komissiya haqqı isə 2,5 faizdir.

"Bolkart" sahibləri nağdlaşdırılmış vəsaitləri aprelin 10-dək faizsiz ödəniş imkanı qazanır.

"Bolkart" - pulsuz və limiti bərpaolunan bir kredit kartıdır. "Bolkart"dan "Bank of Baku" ilə tərəfdaş olan 600-dən çox tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. Alınan malın dəyərini 1, 3, 6 və ya 12 aya bölüb bərabər hissələrlə ödəməyə imkan verən Bolkart-ı artıq 65. 000-dən çox şəxs əldə edib. Bolkart-ı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də "Bank of Baku"-nun hər-hansı filialına baş çəkməklə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkələrinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti