Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmir olunması çərçivəsində 2012-ci iyul - 2013-cü il fevral tarixləri arasında yolun 100 kilometrini təmir edib. Bu barədə Trend QSC-nin rəsmi saytına istinadən məlumat verir.
Ümumilikdə qərb istiqamətində olan dəmir yollarının 200 km hissəsi təmir olunub.
Uzunluğu 317 km olan Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri Çexiyanın "Exim Bank"ının ayırdığı kredit hesabına (215 milyon avro) aparılır.
Dəmir yolunun əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib.