...

"Bank of Baku" kredit kartları sahiblərinə ikiqat bonuslar təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2013 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

"Bank of Baku" sadiq müştərilərini güzəştlərlə təmin etmək məqsədilə onları "Dostlar klubu"na dəvət edir.

Bankın yaydığı məlumatda bildirilir ki, bu güzəştlərdən "Bank of Baku" ilə 12 ay və daha artıq müddət əməkdaşlıq edib müsbət kredit tarixçəsinə malik olan, lakin klub kartlarını hələ də əldə etməmiş müştərilər faydalana bilərlər. Bunun üçün yeganə şərt "Dostlar klubu" kartını almaqdır.

Beləliklə, 7 may 2013-cü il tarixindən etibarən 1 ay ərzində Gümüş, Qızıl və ya Brilyant kartı alan müştərilər ikiqat hədiyyə bonusları alacaqlar. Misal üçün, Brilyant kart sahibi, göstərilmiş müddət ərzində kartını əldə etsə onun plastik kartına 5 yox, 10 manat məbləğində hədiyyə bonusu yüklənəcək. Hədiyyəli bonuslarla digər növ kart sahibləri də təmin ediləcək.

Xatırladaq ki, kart sahiblərinə ayrılan bonus yeni kredit zamanı komissiya haqqının ödənilməsinə sərf edilir və ya onu mobil danışıq balansına çevirmək olur. Beləliklə, müştəri yenidən bank məhsullarından yararlandıqda daha az miqdarda komissiya haqqı ödəyir.

"Dostlar klubu" kartını həm banka birbaşa gəlməklə, həm də onlayn qaydada sifariş etmək olar : http://www.bankofbaku.com/az/online-banking/dostlar-klubu-card-online-order.html .

"Bank of Baku" "Dostlar klubu"-nun üzvləri üçün bir sıra endirim və güzəştlər əldə etmək imkanı yaradır. Klub üzvləri az miqdarda komissiya haqqı ödəyir, arayışsız və sərfəli faiz dərəcəsi ilə 10.000 AZN-ə qədər kredit alır, həmçinin onların kartına təcili kredit məbləği yüklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti