...

Mərkəzi Bank iqtisadiyyatın real sektorunun monitorinqinin əhatəsini genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 13:45 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) iqtisadiyyatın real sektorunun monitorinqinin əhatəsini genişləndirməyi planlaşdırır.
Mərkəzi Bank iqtisadiyyatın real sektorunun monitorinqinin əhatəsini genişləndirəcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E. Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) iqtisadiyyatın real sektorunun monitorinqinin əhatəsini genişləndirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə AMB-nin İdarə heyətinin sədr müavini Xəqani Abdullayev bildirib:

"Hazırda təqribən 400 müəssisəyə monitorinq şamil edilib, bu müəssisələrdə 70 minə yaxın insan işləyir. Monitorinqin nəticələrinin böyük önəmi var, belə ki, makroiqtisadi məlumatlar əldə etməyə imkan verir. Bu da öz növbəsində makroiqtisadi göstəricilərlə birlikdə daha düzgün monetar siyasət və maliyyə sabitliyi siyasəti ortaya qoymağa imkan yaradır".

Onun sözlərinə görə, AMB real sektorun monitorinqinin əhatəsini təmsilçi səviyyəsindək çatdırmağı planlaşdırır: "Təmsilçi səviyyəsindən danışarkən real sektorda istehsalatın həcminin və məşğulluğun 10 faizini əhatə etməsini nəzərdə tuturam. Hazırda bu göstərici 9 faizi üstələyir. Təkcə bu ildə 40 müəssisədə real sektorun monitorinqini artırmışıq və bu ilin sonunadək daha 50 müəssisənin sorğusunu əhatə etməyi planlaşdırırıq. 2014-cü ilin ortalarınadək monitorinqlə əhatə edilmiş müəssisələrin sayını 600-ə çatdırmağı planlaşdırırıq".

O əlavə edib ki, AMB yaxın iki ildə iqtisadiyyatın real sektorunun müəssisələrinin 20 faizini monitorinqlə əhatə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti