...

Dövlət Neft Fondunun uzunmüddətli aktivləri 2012-ci ildə bir milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2013 12:01 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2012-ci ilin yekunlarına görə, təxminən 26,9 milyard manat olub.
Dövlət Neft Fondunun uzunmüddətli aktivləri 2012-ci ildə bir milyard dolları ötüb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2012-ci ilin yekunlarına görə, təxminən 26,9 milyard manat olub. Xatırladaq ki, 2011-ci ildə bu göstərici 23,5 milyarddan artıq olub. Trend-in məlumatına görə, bu barədə ARDNF-in çərşənbə günü rəsmi saytında yerləşdirdiyi məlumatında bildirilir.

Hesabatda bildirilir ki, aktivlərin ümumi həcmindən 26,01 milyard manat cari aktivlərİn, təxminən 876,63 milyonn manat isə, uzunmüddətli aktivlərin payına düşüb.

Hesabatda bildirilir ki, 2012-ci ildə ARDNF-ə 13,72 milyard manat daxil olub. Bu rəqəm 2011-ci ildə 13,67 milyard manat olub. Öz növbəsində ötən il fondun xərcləri 10,75 milyard manat olub. 2011-ci ildə isə, bu rəqəm 10,57 milyard manat olub.

ARDNF 1999-cu ildə yaradılıb və həmin vaxt onun aktivlərinin həcmi 271 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti