...

Albali kart yanacaqdoldurma məntəqələrində

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2013 14:10 (UTC +04:00)
Albalı kart sahiblərinə daha bir müjdə. Artıq Albalı kart sahibi olan hər kəs Abu- Petrol yanacaqdoldurma məntəqəsində avtomobili üçün yanacaq alıb, pulunu növbəti ay (ayın 1-dən 10-dək) ödəyə bilər.
Albali kart yanacaqdoldurma məntəqələrində

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Albalı kart sahiblərinə daha bir müjdə. Artıq Albalı kart sahibi olan hər kəs Abu- Petrol yanacaqdoldurma məntəqəsində avtomobili üçün yanacaq alıb, pulunu növbəti ay (ayın 1-dən 10-dək) ödəyə bilər. İlk olaraq Albalı karta Abu-petrolun 5 məntəqəsi qoşulub. Bunlar K.Rəhimov küç.33a (Gənclik metrosuna yaxın), Hövsan qəsəbəsi, Novxanı qəsəbəsi, Saray ŞTQ (Bakı-Quba yolu 22ci km-yi) və Sabunçu ŞTQ (Şəhər şossesi) ünvanlarında yerləşən məntəqələrdir. Yaxın vaxtlarda Abu- Petrol-un digər YDM-lərində də ALBALI kartın istifadəsi mümkün olacaq. Bu barədə Trend-ə çərşənbə axşamı Unibank-dan məlumat verilib.

Hər gün minlərlə vətəndaş, ölkənin 850-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində Albalı kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

ALBALI kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var. (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp)

Unibank Albalı istifadəçiləri üçün Facebook üzərindən unikal və ekskluziv platforma yaradıb. Hər gün yüzlərlə ALBALI istifadəçisi Qoşul! Fərqlən! Faydalan! eksklüziv platformasına qoşularaq, yığdıqları balları möhtəşəm hədiyyələrə çevirə biləcəklər. http://goo.gl/tYSd87

"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?
ALBALI - çox-çox sərfəli kart.
Unibank - hər kəsin bankı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti