...

Azərbaycanın istehlak bazarında 300 kq-dan çox yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 19:16 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar aşkar edilib.
Azərbaycanın istehlak bazarında 300 kq-dan çox yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar aşkar edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nərimanov, Nizami rayonlarında, Sumqayıt, Ağstafa, Mingəçevir, Ağsu, Masallı, Xaçmaz, Quba, Ağcabədi şəhərlərində, Goranboy, Füzuli rayonlarında aparılan yoxlamalar zamanı 300 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti