...

Azərbaycanda yeni kənd təsərrüfatı texnikalarını almaq istəyənlər təlim kurslarına dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2014 16:53 (UTC +04:00)
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət məqsədi ilə 100 ədəd Almaniya istehsalı olan “Class Dominator-130”, 100 ədəd Belçika istehsalı olan “New Holland TC-5050” və 250 ədəd Finlandiya istehsalı olan “Sampo-2045” markalı taxılyığan kombaynların respublikaya gətirilməsini və Gəncə avtomobil zavodunda yığılan “MTZ” markalı “Belarus” tipli 600 ədəd traktorun istifadəyə verilməsini həyata keçirəcək.
Azərbaycanda yeni kənd təsərrüfatı texnikalarını almaq istəyənlər təlim kurslarına dəvət olunurlar

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Kənd Təsərrüfat Nazirliyinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət məqsədi ilə 100 ədəd Almaniya istehsalı olan "Class Dominator-130", 100 ədəd Belçika istehsalı olan "New Holland TC-5050" və 250 ədəd Finlandiya istehsalı olan "Sampo-2045" markalı taxılyığan kombaynların respublikaya gətirilməsini və Gəncə avtomobil zavodunda yığılan "MTZ" markalı "Belarus" tipli 600 ədəd traktorun istifadəyə verilməsini həyata keçirəcək.

Nazirliyin mətnbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd olunan texnikaları lizinq yolu ilə almaq istəyən, eləcə də servis xidmətində çalışan şəxslərin həmin texnikaların istismar qaydalarını mənimsəmələri üçün Cəmiyyət tərəfindən 2014-cü ilin fevral, mart və aprel aylarında xüsusi təlim kursları təşkil olunur:

- "Class Dominator-130" markalı taxılyığan kombaynlar üçün Ağstafa rayonunda 03.02-28.02.2014-cü il tarixlərdə (ünvan Ağstafa rayonu, Vurğun qəsəbəsi; telefon: (050) 235-83-13, (050) 265-73-75);
- "Sampo-2045" markalı taxılyığan kombaynlar üçün Yevlax şəhərində 10.02-10.03.2014-cü il tarixlərdə (ünvan: Yevlax şəhəri, Nizami küçəsi; telefon: (050) 320-51-48);
- "New Holland TC-5050" markalı taxılyığan kombaynlar üçün Yevlax şəhərində 10.03-10.04.2014-cü il tarixlərdə (ünvan: Yevlax şəhəri, Nizami küçəsi; telefon: (050) 320-51-48);
- MTZ markalı traktorlar üçün Gəncə şəhərində 05.02-20.12.2014-cü il tarixlərdə (ünvan Gəncə şəhəri, Sadıq Rəhimov küçəsi, 1; telefon: (055) 204-90-37).

Nazirlik bildirir ki, göstərilən taxılyığan kombaynları və traktorları lizinq yolu ilə almaq istəyən və servis xidmətində çalışacaq şəxslər həmin təlim kursunu bitirməsi haqqında şəhadətnamə və sürücülük vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün "Aqrolizinq" ASC-yə müraciət etmək olar: (012) 425-63-26; (050) 751-74-91

Məqalədə:
Xəbər lenti

Xəbər lenti